“Qaynarinfo” xəbər verir ki, Rəna Fərəcova Azərbaycan Dillər Universitetinin məzunudur. O, 2011-ci ildə Bakalavr, 2013-də Magist təhsilini bitirib. İcra başçısının müavini bundan əvvəl Azərbaycan Dillər Universitetinin Təlimdə İnnovasiyalar kafedrasında müəllim kimi fəaliyyət göstərib.

O, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını “Müasir ingilis dilində təyin-budaq cümləli tabeli mürəkkəb cümlələrin variativliyi” mövzusu üzrə müdafiə edib.