Əsas menu

Yeni mer seçildi 

Məhəmmədəli  Nəcəfi Tehran Şəhər Şurasında baş tutan səsvermədə yekdilliklə (21 səs) İran paytaxtının yeni meri vəzifəsinə seçilib. APA-nın Tehran bürosunun məlumatına görə, bununla da o Tehranın 16-cı meri oldu.Məhəmmədəli Nəcəfi “İslaahat” düşərgəsindən olan 66 yaşlı siyasətçidir.  Prezident Həsən Ruhaninin ilk dövlət rəhbəri dövründə o prezidentin müavini və Mədəni İrsin Qorunması Təşkilatının sədri vəzifəsində çalışıb.  M.Nəcəfi həmçinin bir müddət İranın Tədqiqat və Təhsil Proqramlaşdırılması Təşkilatının rəhbəri vəzifəsində çalışıb.

Tehranın sabiq meri Məhəmməd Baqir Qalibafın 3 dövr bu vəzifədə çalışıb. M.B.Qalibaf  Mühafizəkarlar düşərgəsinin tanınmış siyasətçisidir ki, prezident seçkilərində  hazırkı prezident Həsən Ruhanin əsas  rəqiblərindən biri hesab olunub. Qalibaf 2005-ci ildən Tehranın meri vəzifəsində çalışıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*