Əsas menu

“Nəvəm məndən uzaqlaşır”  Fotolar

Tanınmış diktor, xalq artisti Şərqiyyə Hüseynova yeganə nəvəsi Ayandan danışıb. Milli.Az-a açıqlama verən diktor bəzi məsələlərdə onunla ortaq məxrəcə gələ bilməməyindən şikayətlənib:

“Bizim nəsil diktorlardan heç birinin yaxınları, nəvəsi valideynlərinin sənətini davam etdirmir. Mən də yeganə nəvəm – Ayanı gələcəkdə yolumun davamçısı kimi görmək istəyirdim, amma o da hal-hazırda başqa sahədə təhsil alır. Ayanla bağlı çox arzularım var. Təəssüf ki, illər keçdikcə nəvəmin məndən yavaş-yavaş uzaqlaşdığını görürəm. Əlbəttə ki, nəvəm məni çox istəyir, bu, öz yerində. Sadəcə, texniki tərəqqi ilə bağlı məsələlərdə onunla ayaqlaşa bilmədiyim üçün bəzən söhbətlərimiz tutmur. İndiki cavanların əksəriyyəti bu cürdür. Onları yalnız bu həyat tərzi marağlandırır”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*