Əsas menu

42800 abituriyent cavab gözləyir 

Ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi bu gün başa çatıb.”Bizimxeber”in məlumatına görə, iyulun 29-da başlayan 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə bütün ixtisas qrupları (I–IV) üzrə ixtisas seçimi dünən saat 23:59-da yekunlaşmalı olsa da bu gün səhər 09:30-a kimi uzadılıb.

Məlumata görə, I-V qruplar üzrə ümumilikdə 42800 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.I-IV qruplar üzrə 37469 nəfər Azərbaycan, 3807 nəfər isə Rus bölməsinin abituriyentləridir.

V qrup üzrə isə ümumilikdə 1524 elektron ərizəsini təsdiq edib. Onlardan 1308 nəfər Azərbaycan, 216 nəfər isə Rus bölməsinin abituriyentləridir.Xatırladaq ki, ixtisas seçimi bu gün saat 09:30-da  başa çatıb və qeyd olunan müddət uzadılmayacaq.

Qeyd edək ki, öz ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər  müsabiqədə iştirak edə bilməyəcəklər.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*