Əsas menu

Yıldırım dünya çempionu Ramil Quliyevi təbrik etdi 

Türkiyənin baş naziri Binəli Yıldırım 200 metr məsafəyə qaçışda dünya çempionu olan Ramil Quliyevi təbrik edib.”Bizimxeber”in xəbərinə görə, Trend bu barədə Türkiyə baş nazirinin administrasiyasına istinadən məlumat verib.

R.Quliyev karyerasında ilk dəfə dünya çempionu adını qazandıqdan dərhal sonra onu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da təbrik etmişdi.

Qeyd edək ki, Türkiyəni təmsil edən R.Quliyev Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 20,09 saniyə nəticə göstərərək yarışın favoriti hesab olunan niderlandlı Vayde Van Nikerki qabaqlayaraq dünya çempionu adını qazanıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*