Əsas menu

Eldar Sultanova ağır itki  Yenilənib

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Bizimxeber”ə verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır. Qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.

Allah rəhmət eləsin!

***

11:13

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanova ağır itki üz verib.”Bizimxeber”  Modern.az-a istinadən xəbər verir ki, Eldar Sultanovun bacısı oğlu Ramin vəfat edib.

Allah rəhmət eləsin.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*