Əsas menu

Berdıməhəmmədovdan bir ilk 

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov nazirlər kabinetinin genişləndirilmiş iclasını keçirib və orada yerli jurnalistlərə ilk dəfə prezidentə sual vermək imkanı yaradılıb. Hansı ki, əvvəllər Türkmənistanda belə hadisəyə rast gəlinməmişdi. “Bizimxeber”in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, Türkmənistan dövlət xəbər agentliyinin bildirdiyinə görə, iclas prezidentin Bakıya səfərinin nəticələrinə və Asiya Oyunlarının keçirilməsi ilə bağlı bir ay ərzində Aşqabadda “Avtomobilsiz gün” tədbirlərinin təşkilinə, yəni nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına həsr edilmişdi. Asiya Oyunları avqustun 17-də başlayacaq və Türkmənistan bu oyunların təşkilinə milyardlarla dollar xərcləyib.

Jurnalistlər iclasda Türkmənbaşıya iki sual verə biliblər. Suallardan biri Türkmənistanla Azərbaycan arasında ikitərəfli münasibətlərin strateji inkişaf istiqamətlərinə, o cümlədən yanacaq-energetika sferasında əməkdaşlığa həsr olunmuşdu. Berdıməhəmmədov cavab verib ki, iki dövlət arasında münasibətlərin inkişafının əsas istiqaməti ticarət-iqtisadi əməkdaşlığı genişləndirməkdir. Hansı ki, ilin ilk altı ayının göstəricilərinə əsasən, Türkmənistanla Azərbaycan arasında mal dövriyyəsinin həcmi 40 faiz artıb.

İkinci sual Türkmən Yemişi Günü bayramının avqustun 13-dən 17-nə keçirilməsinin səbəbi haqda idi. Berdıməhəmmədov bu suala cavab olaraq deyib ki, bayramın vaxtının dəyişdirilməsi əcdadların ənənələri ilə bağlıdır. Belə ki, Asiya Oyunlarına gələn qonaqları milli şirniyyatlarla qarşılamaq lazımdır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*