Əsas menu

Ərəb teleaparıcı həbs olundu  Video

Səudiyyə Ərəbistanının ən məşhur teleaparıcılarından biri, müğənni Abdulla əl Şəhani həbs olunub. O, “ictimai yerdə mənəviyyatsız, əxlaqsız və tərbiyəsiz hərəkət” etməkdə suçlanır. “Bizimxeber” milli.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının cənub-qərbindəki Taif şəhərində konsert zamanı Abdulla əl Şəhani səhnədə “dabbinq” hərəkətini yerinə yetirib. “Dabbinq” dünyada geniş yayılmış, populyar hərəkətdir və qələbə sevincini izhar edir.

Səudiyyə Ərəbistanının DİN-i isə bu hərəkəti “narkotik maddələrin və narkomaniyanın təbliğatına yönələn, əxlaqsız hərəkət” kimi dəyərləndirib.Teleaparıcı “Twitter”dəki profilində üzr istəyib: “Bu hərəkətimə görə çox hörmətli və müdrik hökumətimizdən, tamaşaçılarımdan üzr istəyirəm. Lütfən, məni bağışlayın”.

Səudiyyə Ərəbistanının tanınmış jurnalistlərindən olan Əyyad əl Əyyad isə olayı belə dəyərləndirib: “O konsertdə qadınlar da çığırırdılar. Bu, biabırçılıq idi və məni narahat edir. Qanunu pozanlar həbs olunmalıdır. Polisə minnətdaram”.

 

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*