Əsas menu

ASAN-da böyük növbə yarandı  Video

“28 May” Metrostansiyasının yaxınlığında yerləşən 2 saylı ASAN Kommunalda böyük növbə yaranıb.Bu barədə “Qafqazinfo”ya sözügedən növbədə olanlar şikayət edib. Onlar bildiriblər ki, hazırda xidmətə müraciət edənlər çox olsa da, cəmi 2-3 nəfər xidmət göstərir ki bu da nəticədə böyük növbə yaradıb:

“Hamı narazılıq edir, ancaq ASAN Komunal əməkdaşları məhəl qoymurlar. İnsanların üstünə qışqırırlar, polislə hədələyirlər. Bu sıxlığa baxmayaraq, operatorlar saat 12:30-dan nahar fasiləsindədir. 14:40-dir, hələ də baxan yoxdur”.

Gözləyən vətəndaşlar dünəndən gəldiklərini, ancaq növbəyə düşə bilmədiklərini deyiblər.Onların sözlərinə görə, operatorlar problemin “Azəriqaz”QSC-lə bağlı olduğunu deyib. Kütləvi şəkildə sayğaclar blok olduğuna görə, son 2-3 gündə tıxac yaranıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*