Əsas menu

ABŞ spinnerlərlə bağlı xəbərdarlıq etdi 

ABŞ-ın kütləvi istehlak mallarının sertifikatlaşdırılması ilə məşğul olan dövlət qurumu spinnerlərin zərərləri barədə rəsmi bəyanat yayıb. Qurumun saytında yerləşdirilən bəyanatda satıcılara və alıcılara xəbərdarlıq edilir. Bildirilir ki, plastik və metal spinnerlər bəzən parçalanıb dağılır və kiçik uşaqların bu hissələri udması təhlükəsi var. Komissiya spinnerləri ağıza almamağı da tövsiyə edib.

Batareyalı spinnerlər isə şarj zamanı partlaya bilər, ona görə də komissiya yalnız cihazla birlikdə satılan orijinal naqillərdən istifadə etməyi məsləhət görür.

Qeyd edək ki, son vaxtlar spinnerlər bütün dünyada, xüsusən uşaqlar arasında xeyli populyarlaşıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*