Əsas menu

“Onun “Təhminə və Zaur”a aidiyyəti yoxdur” 

Aktyor Elcan Rəsulov rol aldığı “Təhmin və Zaur” filmindən söhbət açıb. Musavat.com saytına açıqlama verən aktyor ekran işinin “Təhminə və Zaur” ilə səhv salınmasına münasibət bildirib:

“Bəzi saytlar filmin adını “Təhminə və Zaur” olaraq yazmışdı. Filmimiz “Təhmin və Zaur”dur. Digər filmə aidliyi yoxdur. Baş rolları Fərda Xudaverdiyev, Kəmalə Piriyeva və mən canlandırıram. Rejissoru və baş prodüseri Zaur Mirzəzadədir. Obrazımın adı Təhmindir, Fərdanın adı Zaurdur. Biz tez-tez görüşdüyümüz üçün filmin adını belə qoyublar. Həm də qulağa xoş getdiyini düşünüblər, yoxsa “Təhmin və Zaurun” “Təhminə və Zaur”a aidliyi yoxdur. Maraqlı ekran işi olacaq. Ekran işi üçün saçlarım ağardılıb. Tamaşaçılar fərqli Elcan Rəsulov görəcəklər”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*