Əsas menu

“Sınıq Körpü” gömrük postunda gücləndirilmiş iş rejiminə keçilib 

Dövlət Gömrük Komitəsi (DGK) “Sınıq Körpü” gömrük postunda gücləndirilmiş iş rejiminə keçib.Komitədən Trend-ə verilən məlumata görə, həftənin istirahət günləri ilə əlaqədar olaraq, Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin və nəqliyyat vasitələrinin sayinda artım müşahidə olunduğundan bu gün səhər saatlarından etibarən Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda nisbi sıxlıq yaranıb.

DGK-nın aidiyyati qurumları hazırda gücləndirilmiş iş rejimində çalışaraq, gömrük postunda keçidlərin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirir və yaxın bir neçə saat ərzində yaranmış nisbi sıxlıq tam aradan qaldırılacaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*