Bunlar gedəndən sonra oturub bir daha yoxladım. Məlum oldu ki, kondisionerin hava çıxan klapanlarını aşağı fırladıb bağlayıbmış, lyukun arasına isə balaca şurup atıbmış. Zəng edib nəsil-nəcabətinə qədər “düzdüm asfalta”. Nakişi olduğunu dəfələrlə “kantofka”sına yapışdırdım. İndi də telefonuna zəng çatmır ki, görüşüb hirsimi daha da soyudum. Adam nə qədər alçaq, şərəfsiz olar ki, bunları etsin…”

Sonda avtomobilini istədiyindən də yaxşı qiymətə, halal bir adama satdığını deyən jurnalist maşın satarkən alverçilərdən uzaq durmağı tövsiyə edib: “Ayıq olun, alverçini yaxınınıza buraxmayın! Onlar 5-10 manatdan ötrü hər şey etməyə qadirdilər…”