Əsas menu

Aksiya keçirilən məktəbin qarşısında polislər növbə çəkir -FOTO – VİDEO 

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) qarşısında valideynlərin aksiyası davam edir. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, məktəb polislər tərəfindən əhatəyə alınıb, məktəbin qarşısında polislər növbə çəkir. Şagirdlər məktəbdən çölə buraxılmır.

Dərs prosesi isə normal qaydada davam edir. Məktəbə direktor əvəzi təyin olunan Əfqan Hüseynov isə bildirib ki, o məktəbin direktoru Qafar Hüseynov bülletendən qayıdanadək onu əvəz edir. Direktor bülletendən qayıdandan sonra öz işinin başına dönəcək.

***
09:22

Bakı Məktəb Lisey Kompleksinin (200 və 43 saylı məktəb) valideynləri yenidən aksiya keçirir. Lent.az-ın məlumatına görə, iki gundur davam edən aksiyaya səbəb məktəbin direktoru Qafar Hüseynovun işdən uzaqlaşdırılmasıdır.

Valideynlərin Lent.az-a bildirdiyinə görə, məktəbə direktorun əvəzedicisi göndərilib: “Validenlərin əsas tələbi məktəbdə 4 aydır davam edən komissiyaya, xaotik vəziyyətə son qoyulması, normal təhsil mühitinin bərpa olunması və Qafar Hüseynovun yenidən öz işinin başına dönməsidir. Əks halda valideynlər övladlarını bu məktəbdən çıxaracaqlar”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov isə Lent.az-a bildirib ki, dünən də İdarənin nümayəndələri etirazçılarla görüşüb söhbət aparıblar: “Onlara bildirildi ki, məktəbin rəhbərliyi hazırda fəaliyyətdədir, işdən çıxarılmayıb, sadəcə bülletendədir. Bu məsələ niyə belə şişirdilir və təşkil olunur, anlamıram. Əslində bu etirazların özü məktəbdə tədrisə mane olan prosesdir. Kimlərində dərsə mane olması özü düz deyil. Bu günkü və dünənki əməllə isə etirazçılar ancaq buna nail olmağa çalışırlar”.

B. Məmmədov qeyd edib ki, hazırda da BŞTİ-nin nümayəndələri məktəbdədirlər: “Məktəbdə tədris prosesi normal qaydada davam edir”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*