Bu il avqustun 20-də kiqboksinq idman növü ilə məşğul olan azərbaycanlı Xabarovskdakı kafelərdən birinin qarşısında Draçevlə mübahisə edib və onu başından zərbə vuraraq yerə sərib. Daha sonra çempionun başına və sifətinə güclü zərbələr endirərək onu öldürüb. Bu qətl Rusiyada geniş rezonansa səbəb olub.

Federal Təhlükəsizlik Xidmətinin Xabarovsk vilayət idarəsinə könüllü təslim olub.Bundan əvvəl Allahverənovun barəsində beynəlxalq axtarış elan edilmişdi. Daha sonra Anar Allahverənov FTX-ə təslim olub.