Əsas menu

Bərdə rayonunda kütləvi işdən çıxarma – “Ya pul ver, ya da ərizə yaz”… 

“Mən kiməm ki, belə bir göstəriş verəm”… –

Bəzi rayonlarda icra başçılarının idarə müdirlərinə, sahibkarlara, bələdiyyə sədrlərinə konkret aylıq haqq qoyması barədə dəfələrlə ölkə mətbuatında məlumatlar dərc olunub. Bəzi sahibkarlar açıq şəkildə buna qarşı etirazlar ediblər, icra başçısından yuxarı instansiyalara şikayətlər ünvanlayıblar.

Ötən gün Bizimxeber.az-ın elektron ünvanına göndərilən məktubda daha maraqlı məqamlar qeyd olunub. Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatda qeyd olunur ki, Bərdə rayon icra hakimiyyətinin ərazi idarəetme orqanları ile iş şöbəsinin mudiri Zaur Bəylərov idarə müdirlərinin qarşısında konkret tələb və şərtlər qoyur, pul toplayır. Müraciətdə qeyd olunur ki, bu ilk hal deyil və dəfələrlə eyni addım atılıb.

Belə ki, Qurban bayramı ərəfəsində Zaur Bəylərov bütün idarə müdirlərini, kənd bələdiyyə sədrlərini, kənd icra nümayəndələrini yanına çağıraraq xırda buynuzlu heyvan almaq əvəzinə onların hər birindən 1000-1500 manat gətirmələrini tələb edib.

Bu zaman Bərdə rayon icra hakimiyyətinin ərazi idarəetme orqanları ile iş şöbəsinin mudiri Zaur Bəylərov açıq şəkildə bildirib ki, bu icra başçısının tapşırığıdır və suaksız yerinə yetirilməlidir. Həmçinin əlavə edib ki, verdiyiniz pul həm Qurban bayramına olan köməyinizdir, həm də ilin sonuna kimi vəzifədə qalmanız üçündür. Yəni bu pulu verməkdən imtina edən adam vəzifədə qalmayacaq. Pul verməkdən imtina edənlər rayon prokurorluğu və Ədliyyə Nazirliyinin Ərazi İdarəsi ilə qorxudularaq fəaliyyətlərinin yoxladacaqları ilə hədələniblər.

Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, onsuzda pis durumda olan həmin kiçik ranqlı məmurlar işlərini itirməmək üçün bu şərtlərlə razılaşıblar. Əksəriyyəti ya borc alıb, ya da bankdan kredit götürərək tələb olunan pulu veriblər. Yerdə qalan 3-5 idarə müəssisə rəhbərinə isə 1-3 baş xırda buynuzlu heyvan aldırılıb. Alınan qoyunlardan cəmi 16 ədədi  kəsilib paylanılıb, yerdə qalanı isə adıkeçən adamların öz fermalarına aparılıb. Bizimxeber.az-ın redaksiyasına daxil olan məlumata görə, bu dəfə daha bir yeni fakt ortaya çıxıb.

Məlumatda qeyd olunur ki, Bərdə rayon icra hakimiyyətinin ərazi idarəetme orqanları ile iş şöbəsinin mudiri Zaur Bəylərov rayon ərazisdində yerləşən uşaq baxçaları, körpələr evlərinin müdirlərini növbə ilə çagırıb hər birinə hesab qoyub. Qoyulan qaydaya görə, ya 5000 azn gətirməlisən, ya da öz ərizənlə işdən uzaqlaşmalısan. Əks təqdirdə yoxlama başladırıq.

Qeyd olunur ki, onsuzda baxçaya ayrılan ərzaq ve inventarlar ucun bir manat da görməyən baxça mudirələri həmin məbləgi verə bilməyəcəklərini öncədən deyərək öz ərizələri ilə işdən uşaqlaşıblar. Bəzi müdirələr deyilən məbləği vermiş, bəzilər ilə danışıqlar davam edir.

Qeyd edək ki, deyilən məbləği verə bilməyən bir neçə baxçanın müdirəsi işdən azad olunub. Qarşı tərəf kimi müraciətdə konkret adı hallanan Bərdə rayon icra hakimiyyətinin ərazi idarəetmə orqanları ile iş şöbəsinin mudiri Zaur Bəylərovla əlaqə saxladıq.

İlk olaraq məlumatların yalan olduğunu deyən edən şöbə müdiri, daha sonra bildirdi ki, ümumiyyətlə, onun belə bir göstəriş vermək səlahiyyətləri yoxdur: “Burda məndən böyük icra başçısı, onun müavinləri var. Mən kiməm ki, belə bir göstəriş verəm”.

Məlumat üçün bildirək ki, Bərdə rayon icra başçısı Vidadi İsayevdir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*