Əsas menu

Bakıda evakuator qaydanı belə pozdu – VİDEO 

Həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir. Bakının “Memar Əcəmi” metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub.

Bizimxeber.az Oxu.Az baku.ws-ə istinadən xəbər verir ki, yolun kənarında dayanan maşını cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib.

Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istiqamətində dayanaraq maşını yük hissəsinə qaldırmağa çalışır. Videonu göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər maşınlara yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda maşınların hərəkətinə də mane olur.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*