Əsas menu

“Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları”… 

“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İB və “Azərbaycan-Skandinaviya Məzunlar Assosiasiyası”-nın birgə əməkdaşlığı çərçivəsində “Gender əsaslı bərabərlik, problemlər və onun həlli yolları” adlı təlim keçilib.

İçtimai Birlikdən Bizimxeber.az-a verilən məlumata görə, təlimdə Azərbaycanda təhsil almaqda davam edən Skandinaviya ölkələrinin tələbələri, Azərbaycanın hüdudlarından kənarda təhsil almış məzunlar, həmçinin, Azərbaycanın Ali təhsil ocaqlarında təhsil alan hüquq fakültəsi tələbələr, digər fakültə tələbələri, gənc hüquqşünaslar və s iştrak ediblər.

Təlim “Gender bərabərliyi” üzrə mütəxəssis, BMT-nin təlimçisi, hüquqşünas Günel Aslan tərəfindən təqdim olundu. Günel Aslan dinləyicilərə bu mövzuya uygun bir sıra məqamlara toxunaraq problemlər və onların həlli istiqamətində fikir mübadiləsi aparılıb.

İştrakçılar 3 ayrı komanda şəklində bölünərək öz fərdi fikir və düşüncələrini böüşüblər. Sonra izləyicilərə bu mövzuda qısametrajlı film nümayiş olunub. Dinləyicilərin suallarını cavablandıran Günel xanım onlara real həyatdan və dünya praktikasından nümunələr gətirib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*