Əsas menu

Kərə yağı nə qədər bahalaşıb? – QİYMƏT 

Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə olunan mövzusuna çevrilib. Qiymətlərin nəzərə çarpacaq dərcədə artması narazılığa səbəb olub. Kərə yağı idxalı ilə məşğul olan şirkətlər qiymət artımının səbəbini yağ ixrac edən ölkələrin qiymətləri bahalaşdırması ilə izah edirlər. Rəsmi qurumlar isə ciddi bahalaşmanın qeydə alınmadığını bildirir.

Məlumata görə, Azərbaycana idxal olunan kərə yağının əsas hissəsi Yeni Zelandiyadan gətirilir və 2017-ci ilin sentyabr ayında bu ölkədə kərə yağının qiyməti 2016-cı ilin yanvar ayı ilə müqayisədə 2 dəfə bahalaşıb. Bu isə Azərbayacanda satılan kərə yağlarının qiymətinə birbaşa təsir edir.

Oxu.Az azvision.az-a istinadən xəbər verir ki, bahalaşma son həftə ərzində baş verib. Satıcılar bunun səbəbini məhsulun firmadan baha qiymətə alınması ilə əlaqələndiriblər.

Alıcılar qiymət artımından narazıdırlar.

“Bizim günahımız yoxdur. Məhsulu firmadan alırıq. Qiyməti onlar qaldırıblar, biz də məcbur qalıb yeni qiymətlə satırıq. Alıcılar haqlı olaraq etirazlarını bildirirlər. Amma əlimizdən heç nə gəlmir” – satıcılardan biri deyib.

Məlumat üçün bildirək ki, hazırda “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 16 manat 90 qəpiyə satışa çıxarılıb. “Wellinqton” kərə yağının qiyməti isə 16 manat 44 qəpikdən başlayır.

Zelandiyadan gətirilən yağların qiyməti fərqlidir. Əksər marketlərdə qiymətlər arasında 10-20 qəpik fərq hiss olunur. Məsələn, bir mağazada 15 manat 79 qəpiyə satılan məhsul digər mağazada 15 manat 50 qəpiyədir. Keyfiyyətli Zelandiya yağının qiyməti 17 manat 39 qəpikdən başlayır.

Fransadan gətirildiyi deyilən “French Cow” adlı kərə yağının qiyməti 20 manat 99 qəpik, “President” 17 manat 99 qəpik , “Best Cow ”isə 17 manat 99 qəpikdir.

Kərə yağları ilə bərabər duru yağların qiymətləri də artıb. Zeytun yağı “Consul”un 1 litri 16 manat 95 qəpiyə , “Zeytun bağları” adlı yağın 75 litri 8 manat 67 qəpiyə, Türkiydən gətirlən “Elmas” duru yağının bir litri 4 manat 87 qəpiyə, “Mısır” yağının 1 litri 6 manat 49 qəpiyə, “Miad” qarğıdalı yağı 6 manat 50 qəpik, “Komili” qarğıdalı yağının bir litri 6 manat 40 qəpiyə, “Sunar” qarğıdalının bir litri isə 5 manat 29 qəpiyə satılır.

Yerli istehsal olan “Final” günəbaxan yağının bir litrinin qiyməti 2 manat 45 qəpikdən, “Möcüzə” qarğıdalı yağının bir litri isə 4 manat 18 qəpikdən başlayır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*