Əsas menu

Mehriban Əliyeva Fəxri xiyabanda – Fotolar 

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

 AzərTac  xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub. Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*