Əsas menu

Əbülfəs Qarayev teatr rəhbərliyini işdən çıxardı – YENİLƏNİB 

“Yuğ” Dövlət Teatrının rəhbərliyi öz ərizələrinə uyğun şəkildə işdən azad olunsa da, əslində onlar ərizələrini könüllü şəkildə yazmayıblar. Məsələ ilə bağlı Teatrın sabiq direktoru Tərlan Rəsulov və sabiq baş rejissoru Gümrah Ömərova müraciət edilib. 

T.Rəsulov işdən çıxarılması barədə danışmaq istəmədiyini deyib: “Bu suallarla Mədəniyyət və Turizm Nazirliyinə müraciət edin. Mən bu haqda danışmaq istəmirəm. Kadr dəyişikliklərini Nazirlik edir, onlar sizə cavab verəcəklər”. G.Ömərov isə telefonunu söndürüb.

14:52

“Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov və baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduqları vəzifədən azad ediliblər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq teatr sahəsində aparılan islahatlar davam edir.

Mədəniyyət və Turizm Nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb. Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib. Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə edilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*