Əsas menu

Sabiq məmur icra başçısından prezidentə tükürpədən faktlar göndərdi – SİYAHI 

Sabirabad rayon sakini, birinci dərəcəli Dövlət qulluqçusu, Yeni Azərbaycan Partiyasının üzvü Elman Bunyad oğlu Bunyadov Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Bizimxeber.az-ın elektron ünvanına daxil olan məlumatdakı faktlar olduqca ilginc olduğu üçün ixtisarsız təqdim edirik. Yazıda adı hallanan bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.

Çox hörmətli Prezident İlham Əliyev

2010-2016-cı illərdə  Sabirabad  rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişəm. 2012-ci ildən rayon  rəhbərliyinin təkidi ilə gördüyüm işlər barədə sübutlarla Sizə məlumat verirəm.

Bakı şəhərində məlum yanğın hadisələrindən sonra H.Əliyev prospektində 19 saylı yaşayış binasının  üzlüklərinin dəyişdirilməsi üçün -28000 manat ( sübut, orada işləyən fəhlələr.)
Heydər  Əlyev  Mərkəzinin  tikintisi  üçün- 16000 manat ( sübut, mərkəzin tikintisi zamanı işləyən  fəhlələr)
H.Həmidov küçəsində yeni inşa edilmiş 3 saylı uşaq bağçasının və S.Vurğun adına şəhər 3 № -li məktəbin ön hasarlarının tikintisi üçün  -22000 manat
20 Yanvar küçəsinin asfalt örtüyünün yenidən qurulması üçün -18000 manat
H. Əliyev prospektində 6 saylı yaşayış binasının üzlüyünün sökülməsi  üçün- 6000 manat
Rayon İcra Hakimiyyətinin başçısına avtomobil alınması  üçün – 5200 manat
Rayon Mədəniyyət evinə kondinsionerlərin alınması üçün  –  4400 manat
Qasımbəyli kənd tam orta məktəbinin döşəmələrinin dəyişdirilməsi üçün-12500 manat
Kürkənd kənd ərazisində hasarların çəkilməsi üçün-11500 manat
Əsgərbəyli kənd  tam orta məktəbinin hasarının çəkilməsi  üçün-13000 manat
“ ASAN  XİDMƏT “  mərkəzinin  tikintisi  üçün – 7500 manat
H. Həmidov küçəsində fərdi yaşayış evlərinin hasrlarının dəyişdirilməsi üçün-4400 manat  
H. Əliyev adına Parkda fontanın yenidən qurulması üçün- 5000 manat
Dörd il  müddətində Novruz bayramının, eləcə də Yeni İl şənliklərinin H.Əliyev adına parkında keçirilməsi  zamanı 4000 manat
Sabirabad rayonunun 80 illik yubileyi ilə əlaqədar keçirilən tədbirə – 8000 manat pul xərcləmişəm .

Bizimxeber.az-a daxil olan məlumatda həmçinin qeyd olunur ki, bütün bu görülən işlərin pulunu ödəmək üçün Milli Ordumuzun zabiti olan oğlunun Bakı şəhərində evini, maşınını, eləcə də  öz  evimi və maşınımı satmışam. “Onu da vurğulamaq  istəyirəm  ki, Sabirabadda yeganə məmur olmuşam ki, oğlum Milli Ordunun zabiti  olub və  dəfələrlə  döyüşlərdə  iştirak  edib. Lakin Rayon İcra Hakimiyyətinin başçısı  Nazim Məmmədov bir dəfə  də olsun heç bir tədbirdə vurğulamayıb ki, Təhsil Şöbəsinin müdirinin oğlu Milli Ordunun zabitidir. Hətta  mənim oğlumun  da olduğu hərbi dəstə rayon ərazisindən keçən zaman rayon başçısı mənə oğlumla  görüşməyə icazə verməyib və keçirdiyi iclasda iştirak etməyimi tələb etmişdir”.

Cənab Prezident!

Siz  dəfələrlə vurğulamısız ki, Milli Ordunun zabit və əsgərinin arxada gərək gözü qalmasın. Onlar  valideynlərinin və övladlarının normal yaşayışından tam əmin olmalıdırlar. Lakin Milli Ordunun zabit   rütbəsini daşıyan oğlum özünə intihar etmək dərəcəsindədir.

Cənab  Prezident!

Hazırda iki ilə yaxındır ki, işsizəm. Yaşamağa evimiz yoxdur. Kirayədə zabit oğlumun ailəsi ilə bir yerdə yaşayırıq. İki ilə yaxın bir müddətdə işsiz qaldığımı və mənə edilən təzyiqləri nəzərə alaraq, hansısa bir xarici ölkələrin birində sığınacaq almağa məcburam.

Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm mənə köməklik göstərin.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*