Əsas menu

Neftçala təhsilində daha bir rəzalət – Direktorun səhvinə görə şagird… 

Son illər Neftçalada təhsilin durumu heç də ürək açan deyil. Hər il qəbul imtahanlarından sonra Neftçala rayonunun adı birincilər siyahısında olardı, amma yarıtmaz kadr islahatları rayonun təhsilini rəzil duruma saldı. 

İstək və arzuların qurbanı olan məktəblərdən biri də Sakit Kərimov adına Qədimkənd kənd tam orta məktəbidir. Bütün bu özbaşnalığa səbəbkar məktəbin direktoru Kamal Cəfərovdur.

Uluyol.az-la danışan valideyn Qafarov Cavid övladının təhsilinin yarımçıq qalmasında direktoru günahkarlandırır: “Övladımın təhsilində yaranmış problemlə bağlı rayon üzrə bütün adiyyatı orqanlara müraciətimiz cavabsız qaldı. Məsələnin mahiyyəti budur ki, övladım hazırda 10-cu sinifdə oxumalıdır. Hələ 9-cu sinifdə oxuyanda direktor Kamal Cəfərov mənimlə əlaqə saxladı və övladımın biliyinin zəif olma səbəbindən peşə məktəbinə yazmağı məsləhət bildi. Mən də razılaşdım. Axı direktor işin gedişinə bələd insan olur. Sən demə ki, bu direktora işini öyrədən lazım imiş. Elə oldu ki, övladım Peşə məktəbinə getmək üçün ərizə yazdı. Ərizə yazdığı günün səhərisi direktor mənə təkrar zəng etdi və peşə məktəbinə getməyinə lüzum qalmadığını deyib ,”oğlununuz yazdığı ərizəni elə gözünün qarşısında cırdım və daha iki il bu məktəbdə oxuyacaq” dedi. Yeni tədris ilinin başlaması ilə əlaqədar məktəbə gedib (8 sentyabr) kitab götürmək istəyəndə oğluma kitab verilməyib. Səbəbini öyrənəndə məktəb çıxarıldığı deyilib.

İndi də şagird yoldaşları məktəbə gedir, təhsilinə davam edir, mənim övladım isə direktor günahından təhsili yarımçıq saxlamalı olub.

Mən özüm 20 ildir ki, Rusiyada işləyirəm. Bu illər ərzində 300-ə yaxın soydaşımızın işlə təmin olunmasında iştirak etmişəm. İndi bizdə də belə alınıb, qohum-əqrabadan, böyüyüb-başa çatdığımız yerlərdən uzaq düşmüşük. İndi yarı canım qalıb ki, uşaq neyləyir, nə edəcək?! Narahatam ki, birdən boşluğa düşüb pis vərdişlərə meyllənər. Sonra başıma döyərəm. İndi zəmanə, mühit göz qabağındadır”.

Övladıma kitab verilməyən, məktəbdən xaric edilmə xəbərini eşidəndən direktora bu günə qədər zəng edirəm amma zəngimi açmır. Telefonlarıma cavab vermədiyini görüb yoldaşımla, bacım məktəbə gediblər. Direktor bunları görüb aradan çıxıb və dərs hissə müdiri Əlipənah müəllimi yollayıb. Oda öz növbəsində onun həll edəcəyi problem olmadığını bildirib.

Daha sonra Neftçala Təhsil şöbəsinin müdiri Əjdər Kərimova zəng etdim və problemi danışdım. Əjdər Kərimovda rayon təhsil şöbəsinin həll edəcəyi problem olmadığını bildirib, ancaq məktəb direktorunun nəzarətində olan məsələ olduğunu dedi. Bir sözlə hara zəng edirəmsə, lazım olan cavabı ala bilmirəm. Qərib yerdəyəm, yarı canım qalıb övladımın yanında. 20 il başqa bir ölkədə çalışmaq çətindir. Biz kimə görə çalşırıq ki, övladımız təhsilli olsun, bizim kimi bir tikə çörək üçün başqa yerə getməsin. İndi bilmirəm nə edim?”

Kamal Cəfərov bilirdi ki, övladım Qafarov Rəsula attestat havasu kimi lazım idi. Demişdim, direktor bilirdi ki, məktəbi qurtarandan sonra Hərbi məktəbə yazdıracam. İstəyirəm övladım xalqımıza, millətimizə hərbiçi kimi xidmət eləsin. Ancaq Kamalın bir istəyi var, onun da adı kütləvi savadsızlanma. Çünki, o özü ixtisasını heç bilmir. İxtisas artırma yolu ilə tarix dərsi keçməklə iş düzəlmir ki…”

”Mətbuat vasitəsilə Təhsil Naziri Mikayıl Cabbarova səslənirəm: Cənab nazir, bizi bu yarıtmaz “kadr”ın əlindən xilas edin. Siz gənclərə yer verməklə islahat apardığınız halda, belə yarıtmaz kadrlar hesabınadır ki, ölkə təhsilinin boşluqları danışılır. Hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşmalı, ölkənin inkişafına öz tövhəsini verməlidir. Sakit Kəromov adına Qədimkənd kənd tam orta məkrəbində son illər baş verən olaylar biabırçı vəziyyətə gəlib çatıb. Gah jurnalisti təhqir elədi, gah şagird valideyni ilə əxlaqsız hərəkətləri kənddə yayıldı. Gah pul yığmağa başladı. Neçə illərdir ki, məktəb üçün ayrılan əkin sahələrini öz şəxsi maraqları üçün istifadə edir. Daha nə qeyd edim?!

Cənab nazir, bizi bezara gətirən direktoru yaxamızdan nə vaxt çəkəcəksiniz?”

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*