Əsas menu

Polis naməlum kişinin yaxınlarını axtarır – FOTO +18 

Cari ilin sentyabr ayının 23-də, saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısından tapılan 50-60 yaşlarındakı naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və həmin şəxs orada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Bizimxeber.az-a verilən məlumata görə, həmin şəxsin əlamətləri belədir – boyu 175 santimetr, gözünün rəngi açıq palıdı. Naməlum şəxs tapılan zaman əynində tünd göy rəngli cins şalvar və qara rəngli 3 düyməli uzunqol köynək olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan DİN-in “102 Zəng Mərkəzi”nə, həmçinin Xətai Rayon Polis İdarəsinə (012) 422-02-02 telefon nömrələrinə) zəng vuraraq, məlumat vermələri xahiş olunur.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*