Əsas menu

Azərbaycanlı tələbənin meyiti tapıldı 

Rusiyanın Novosibirsk vilayətinin Dzerjinskiy rayonunda azərbaycanlı tələbənin yaşadığı evdə meyiti aşkarlanıb. “Bizimxeber” Report-a istinadən xəbər verir ki, bu, 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.

Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V. Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışımış. Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər.

Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*