Əsas menu

Aktyor mitinqdə iştirak etdiyini təsdiqlədi 

“Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirdiyi mitinqdə iştirak etməyimiz doğrudur. Amma mitinqdə iştirak etdiyimizə görə nə işimizdən uzaqlaşdırılmışıq, nə də seriallardan. Yayılan informasiyalar həqiqəti əks etdirmir. Hazırda məşqdəyəm”.

“Bizimxeber” xəbər verir ki, bu sözləri ölkə.az-a açıqlamasında Akademik Milli Dram Teatrının tanınmış aktyoru, əməkdar artist Abbas Qəhrəmanov barəsində yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

Qeyd edək ki, bəzi saytlarda əməkdar artist Abbas Qəhrəmanov və Ayşad Məmmədovun bir neçə gün öncə mitinqdə iştirak etdiklərinə görə işdən çıxarıldığı barədə xəbər yayılmışdı.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*