Əsas menu

Rusiyada azərbaycanlı tələbə öldü 

Rusiyanın Novosibirsk vilayətinin Dzerjinski rayonunda azərbaycanlı tələbənin meyiti yaşadığı evdə aşkarlanıb. Bu 1999-cu il təvəllüdlü, Rusiya vətəndaşı Vadim İskəndər oğlu Məmmədovdur.

Novosibirsk şəhərindəki universitetlərin birində qiyabi ali təhsil alan V. Məmmədov yaşadığı rayonda reklam firmalarından birində çalışırmış.

Tək yaşayan azərbaycanlı gəncin saxladığı itin mütəmadi hürməsindən narahat olan qonşuları onun qapısını döyüblər və cavab almadıqda polisə müraciət ediblər. Evə daxil olan sahə müvəkkili onun meyitini aşkarlayıb. Meyitin üzərində zorakılıq əlaməti olmayıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*