Əsas menu

Əməkdar artistdən Rövşanəyə sərt sözlər: “Teatrdan bilən danışmalıdır” 

ARB TV-nin efirində yayımlanan “Səhər-Səhər” verilişində qalmaqal yaşanıb. Belə ki, verilişin qonağı olan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovla aparıcı Rövşanə Ağasəfqızı teatrlar haqqında söhbət açıb. 

Aparıcının “Qaçqın vəziyyətində olan teatrlar nəyə lazımdır? Bağlasalar, daha yaxşı olar” deməsi proqramda mübahisəyə səbəb olub.

Məsələyə əməkdar artist Elnur Kərimov sosial şəbəkədə münasibət bildirib: “Sözüm ARB rəhbərliyinədir.  

Aparıcı ya peşəkar olmalıdır, ya da olmamalıdır. Proqramda yaşananları eşidən kimi dərhal reaksiya verdim. Teatrdan danışmaq üçün teatrı tanımalısan. Son zamanlar teatr sahəsindəki islahatlar, hazırlanan tamaşalar, qastrol səfərlərindən məlumatlı olmalısan. Danışılan mövzu və “Bu mənim şəxsi fikrimdir” deyərək düşüncəsizcəsinə danışmaq ayıbdır.

Qonaqlarına danışmağa imkan verməyən aparıcı deyir ki, Azərbaycanda fəaliyyət göstərən “Şuşa”, “İrəvan” və Gənc Tamaşaçılar Teatrı kiçik olduğu üçün bağlanmalıdır. Mən də dərhal ARB telekanlının “Səhər-səhər” verilişinin prodüseri ilə əlaqə saxladım və narazılığımı bildirdim. Teatrdan teatrı bilən danışmalıdır. Amma Əhməd Ağdamskini tanıması məni bir az rahatlatdı ki, heç olmasa, onu tanıyır”.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*