Əsas menu

Əsgərin əlində qumbara partladı 

Ermənistan əsgərinin əlində qumbara partlayıb. “Report” xəbər verir ki, hadisə Azərbaycanın işğal olunmuş ərazisində dislokasiya olunan hərbi hissələrdən birində baş verib.

Orada xidmət edən Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hovanes Qasparyanın əlində qumbaranın atəş yığımı partlayıb. Nəticədə o, xəsarət alıb. Yaralı əsgər xidmət yoldaşları tərəfindən tibb məntəqəsinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*