Əsas menu

Madrid Kataloniyanın özünüidarə səlahiyyətini ləğv edə bilər 

İspaniya Kataloniya rəhbərliyindən müstəqillik bəyannaməsinin nə məna daşıdığına, müstəqillik elan edilib-edilməməsinə aydınlıq gətirilməsini tələb edib. Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bunu krallıq hökumətinin sədri Mariano Paxoy Nazirlər Şurasının təcili iclasının yekununa əsasən bildirib. Onun sözlərinə görə, muxtariyyət İspaniyadan ayrılmağa qərar veribsə, Madrid Konstitusiyanın 155-ci maddəsini işə salmaq və Kataloniyanın özünüidarə səlahiyyətlərini qismən ləğv etmək niyyətindədir.

“Bu sorğu konstitusiyanın 155-ci maddəsinin işə salınması üçün vacibdir. Əgər Karles Puçdemon (Kataloniya lideri) qanunlara tabe olarsa, qeyri-müəyyənlik sona çatacaq”, – deyə Nazirlər Kabinetinin başçısı qeyd edib. Raxoy hökumətin yaxın günlərdə çıxaracağı qərarın Jeneralitetin cavabından asılı olduğunu deyib.

Xatırladaq ki, oktyabrın 10-da region rəhbərliyi müstəqillik bəyannaməsinə imza atıb. Lakin sənəd hələ ki, qüvvəyə minməyib və mərkəzi hökumətin fikrincə, onun heç bir hüquqi qüvvəsi yoxdur. Kataloniya hökuməti Barselona və Madrid arasında danışıqların uğursuz keçəcəyi təqdirdə bəyannaməni regional parlamentin müzakirəsinə çıxarmağı düşünür.

Onu da xatırladaq ki, Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum oktyabrın 1-də baş tutub. Səsvermədə seçki hüququ olan vətəndaşların 43,03 faizi iştirak edib və onların 90,18 faizi müstəqilliyin lehinə səs verib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*