Əsas menu

Qazaxıstan Qırğızıstanla sərhədə qoşun toplayır 

Qazaxıstanın Qırğızıstanla sərhəddə yerləşən Korday kəndində silahlı hərbçilərin keşik çəkdiyi postlar quraşdırılıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Azattık” radiosuna yerli sakinlər məlumat verib. Hərbçilər Kordaya oktyabrın 10-da gəlib.

Bundan az öncə məlum olub ki, sərhəd-buraxılış məntəqəsində Qırğızıstan tərəfdən sərhədi keçmək istəyənlərdən ibarət çoxkilometrlik növbələr yaranıb. Digər sərhəd məntəqələrində də eyni mənzərə yaşanmaqdadır. Səbəb isə qonşu ölkədə bazar günü keçiriləcək prezident seçkiləri ərəfəsində sərhəd qoşunlarının gücləndirilmiş iş rejiminə keçməsidir.

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi sərhəd pozucularının və təxribat hallarının qarşısının alınması üçün sərhədçilərin gücləndirilmiş rejimə keçirildiyini bildirir. Lakin Astanada iddia edirlər ki, MTK sərhədin keçilməsi üzrə hər hansı bir məhdudiyyət tətbiq etməyib.

Bununla yanaşı, sosial şəbəkə istifadəçiləri Qırğızıstanla sərhəddə Qazaxıstan hərbi tenikasının toplandığını qeyd edirlər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*