Əsas menu

UNESCO-nun baş direktoru yenə seçilmədi 

Parisdə baş tutan UNESCO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib. TASS xəbər verir ki, namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb. Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda UNESCO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.

Xatırladaq ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*