Əsas menu

“Santa-Barbara”nın aktyorları 24 il sonra  Fotolar

Bir vaxtların məşhur uzunömürlü serialı olan “Santa-Barbara”nın aktyor və aktrisalarının bugünki həyat və yaradıcılığı bir çox insanlara maraqlıdır. Axşam.az xarici KİV-ə istinadən 1984-1993-cü illərdə efirdə yayımlanan ekran işinin əsas qəhrəmanları haqda qısa məlumat verir.

Ey Martinsen – serialda Kruz obrazını canlandıran aktyor hazırda da sənətini davam etdirir.

Marsi Uoker – İden xarakterinə həyat verən aktrisa mindən çox seriala çəkilib. Sonradan Marsi Oklahoma ştatında balaca bir şəhərcikdə rahibəliklə məşğul olmağa başlayıb.

Leyn Devis – Meyson kimi tanınan aktyor teatrlarda rol alır.

Robin Matson – serialda Cin obrazında oynayan Robin bir neçə ekran işində də rol alıb.

Robin Rayt  – ekran əsərində Kelli rolunda çıxış edən aktrisanı bu gün də bir çox filmlərdə görmək mümkündür.

Todda Makki – Ted obrazında olan aktyor hazırda “Keçəl və gözəl” (“The Bold and the Beautiful”) serialında oynayır.

Leonardo Di Kaprio  – balaca Meyson xarakterinə həyat verən aktyor hazırda dünyanın ən məşhur simalarından biridir. Leonardo daha çox “Titanik” filmindən sonra şöhrətlənib.

Cedd Allan – serialın ən yadda qalan Sisi obrazı. Bu aktyorun hazırda 78 yaşı var və daha heç bir film və seriala çəkilmir.

Cudit Makkonel – Sofiya obrazında oynayan aktrisanı bu gün daha çox reklam çarxlarında görmək mümkündür.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*