Əsas menu

Tramp ölkənin təhlükəsizliyini qadına tapşırdı 

ABŞ prezidenti Donald Tramp daxili təhlükəsizlik naziri vəzifəsinə Kirsten Nilseni təyin edib. Bu barədə “Politico” xəbər verir. 45 yaşlı Nilsen ümumi və kibertəhlükəsizlik məsələləri üzrə mütəxəssis olub, milli təhlükəsizlik sahəsində geniş təcrübəyə malikdir.

Nilsen MTN-nin sabiq rəhbəri Con Kellinin müavini vəzifəsində çalışıb. Kelli aparatın rəhbəri vəzifəsinə təyin edildikdən sonra Nilsen onunla birlikdə Ağ evdə işləyib. İndi Nilsenin namizədliyini Konqres təsdiq etməlidir.

Qeyd edək ki, ABŞ-da Milli Təhlükəsizlik Nazirliyi 2001-ci ildə, 11 sentyabr terraktından sonra yaradılıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*