Əsas menu

Rusiya Ermənistana kredit verəcək 

Rusiya Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması və daşınmasını maliyyələşdirmək üçün 100 milyon dollar məbləğində dövlət ixrac krediti verəcək. Oxu.Az-ın Armenpress-ə istinadən verdiyi məlumata görə, iki ölkə arasında belə bir razılaşmanın imzalanması məsələsi Ermənistan hökumətinin bu gün keçiriləcək iclasının gündəliyinə salınıb.

Müqaviləyə əsasən, 100 milyonluq  dövlət ixrac krediti Ermənistana 20 il müddətinə verilir ki, bunun da 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.

Xatırladaq ki, 2015-ci ildə də Rusiya ilə Ermənistan arasında silahlarına alınmasına dair 200 milyon dollarlıq kredit razılaşması imzalanıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*