Əsas menu

1 qoyun 1 quzu oğrularına 11 il HƏBS 

“Sevil Massivi” ərazisində çobana qarşı quldurluq edərək 1 qoyun bir quzu götürməkdə təqsirləndirilən Tamerlan Rəsulov, Ələkbər Rəsulov, Eldəniz Cəfərov , Anar Piyev, Rusif Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Prokuror çıxışında Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq) maddəsi ilə təqsirləndirilən Ələkbər Rəsulovun 11 il, Tamerlan Rəsulov və Eldəniz Cəfərovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə təqsirləndirilən Anar Piriyev və Rusif Mehrəliyevin 3 il 6 ay müddətinə həbs edilməsini istəyib.

Məhkəmədə hökm oxunub. Hakimlər kollegiyası hökmünə əsasən hər bir təqsirləndirilən şəxsin iki azyaşlı övladının olması yüngülləşdirici hal kimi qiymətləndirilib. Belə ki, onlara Cinayət Məcəlləsinin 62-ci(sanksiyadan daha aşağı həddə cəza) tətbiq edilib. Ələkbər Rəsulov 7 il, Tamerlan Rəsulov və Eldəniz Cəfərov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Oğurluqda təqsirləndirilən Anar Piriyev və Rusif Mehrəliyev 3 min manat cərimə edilib. Qeyd edək ki, Bakı şəhər sakinləri Ələkbər Rəsulov, Tamerlan Rəsulov və Eldəniz Cəfərov Abşeronda yerləşən “Sevil Massivi” MTK ərazisində yerləşən sahəyə daxil olaraq orada qoyunları oğurlamaq istəyiblər.

Qoyunu oğurlamaq niyyətləri alınmadığından həmin o üç nəfər çobana fiziki güc tətbiq edərək  1 qoyun və 1 quzu götürüblər. Ona görə onların əməlləri quldurluq kimi tövsif edilib. Anar Piriyev və Rusif Mehrəliyev isə  oğurluq ittihamı verilib.   Zərərçəkənin şikayəti əsasında təqsirləndirilən şəxslər bir saat ərzində saxlanılıb. Onlardan qoyun və quzunu geri qaytarılıb.

Ələkbər Rəsulov, Tamerlan Rəsulov və Eldəniz Cəfərova Cinayət Məcəlləsinin 181.2.1(quldurluq), Anar Piriyev və Rusif Mehrəliyev isə Cinayət Məcəlləsinin 177.2.1(oğurluq) maddəsi ilə ittiham verilib.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*