Əsas menu

Dayanacaqlarda məlumat terminalları niyə işləmir? 

Bakı şəhəri, Nəsimi rayon sakini Zərifə Kərimzadə milli.az-a müraciət edərək paytaxtdakı avtobus dayanacaqlarında informasiya terminallarının işləməməsindən şikayətlənib. Şikayətçi bildirir ki, bu problem sərnişinlərin işini çətinləşdirir: “Paytaxtda avtobus dayanacaqlarında informasiya terminalları niyə işləmir?

Biz bir yana, şəhərə rayondan, xüsusən də xaricdən gələnlər avtobuslarla bağlı heç bir məlumat əldə edə bilmir. O qədər xərc çəkib monitorlar qoymuşdular. Bu problem nə vaxt aradan qaldırılacaq?”

Məsələ ilə bağlı milli.az bir aydan çox müddətdə BNA-nın mövqeyini öyrənməyə çalışıb. Lakin bununla bağlı sorğunun sentyabrın 5-də verilməsinə və daha sonra bu barədə bir neçə dəfə təkrar xatırlatmalara baxmayaraq, sözügedən qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən hər hansı cavab almaq mümkün olmayıb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*