Ötən gün “Maşın” realiti şousundan ən qalmaqallı iştirakçı hesab olunan aparıcı Vüsalə Kərimova  gedib.  “Bizimxeber” qafqazinfo-ya istinadən xəbər verir ki, onu yarışmadan səsverməyə çıxan müğənni Talıb Tale  kənarlaşdırıb.

Belə ki, proqramda 4 iştirakçı Talıb Taleni SMS səsverməsinə çıxarıblar. Müğənni tamaşaçılardan səs istəyərək hədəfinin Vüsalə Kərimova olduğunu açıqlayıb.

“Dünən Vüsalə Kərimova bir güllə ilə iki canavar vurdu. Birini- Elşad Xoseni vurdu, məni isə mənəvi cəhətdən yaraladı. Ona görə də hədəfim Vüsalə Kərimovadır”, – deyə T. Tale söyləyib.

O, tamaşaçılardan 63,67 faiz səs toplayaraq Kərimovanı verilişdən uzaqlaşdırıb.