Əsas menu

Gürcüstan DİN Azərbaycan vətəndaşının saxlanıldığı xüsusi əməliyyat barədə  Fotolar

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin Varketili rayonunda xüsusi əməliyyat keçirib. APA xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı, 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar.

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*