Əsas menu

“Bizimlə matç “Atletiko”nun son şanslarıdır” 

“Futbolçularımı təbrik edirəm. Layiqli qələbə qazandılar. Həddindən artıq ağır oyun oldu. Rəqibin çox sürətli futbolçuları var. Hakimlə danışmaq istəmirəm. Onun nə etmək istədiyi mənə çatmadı. Rəvan Həmzəzadə azarkeşlik hakimlərdən biridir. Pedro Enrikenin epizodu simulyasiya deyildi. Zədəsinin nə dərəcədə ciddi olduğunu bilmirəm”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının X turunda “Səbail” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

45 yaşlı mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

– Robert Prosineçkinin gedişindən sonra əksəriyyət sizi yığmada görmək istəyir. Təklif olsa, cavabınız nə olacaq?
– Hər dəfə belə söhbətlər olub. Mənim xarakterimizi bilirsiniz. Bu gün deyəcəyim fikir hamının fikrini “Atletiko” ilə oyundan yayındıra, rezonans yarada bilər.

– Oyundan sonra danışaq?
– Baxarıq nəticə necə olacaq (gülür). Açığı, Prosineçkinin gedişi mənim üçün gözlənilməz oldu. O, dünən gedib, mənim bu gün nəsə söyləməyim düz olmaz. Ən doğru qərarı AFFA verəcək.

– Bəlkə sizə təklif olub, razı deyisiniz?
– Bu gün “Atletiko”ya oyuna hazırlaşırıq. Qalsın sonraya. AFFA rəhbərliyinin qərarından sonra fikir bildirərik.

– Sizinlə yanaşı Roman Qriqorçukun və Kaxaber Sxadadzenina adı hallanır. AFFA İcraiyyə Komitəsinin üzvü kimi sizin təklifiniz nədir?
– Heç bir təklifim yoxdur. Nə İcraiyyə Komitəsi yığılıb, nə də belə müzakirə olub. Xahiş edirəm mənim də fikrimi yayındırmayın.

– “Atletiko” ilə oyundan nə gözləyirsiniz?
– Həmişə istəmişəm ki, komanda layiqli oyun nümayiş etdirsin. Futbolçular belə komandalara məğlub ola-ola böyüyürlər. Bu oyun, mövcud zədələr məni daha da diqqətli edib. Rəqibi ilk oyundan sonra daha yaxşı tanıdıq. Bizimlə matç “Atletiko”nun son şanslarıdır.

– “Atletiko” “Qarabağ”la matçdan sonra fövqəladə rejimdədir. Bu, bizim üçün üstünlükdür?
– Özümüzü aldatmamalıyıq. Belə komandalarla bu cür şeylər keçmir. Çalışmalıyıq ki, səhvlər olmasın, qol buraxmayaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*