Əsas menu

Cahangir Əsgərov Dubayda biznes-jet alarkən – VIDEO 

Dubayda keçirilən beynəlxalq aviasalonda AZAL rəhbəri Cahangir Əsgərovun “Boeing” şirkəti ilə rekord həcmdə-1.9 milyard dollarlıq müqavilə imzalaması haqda xəbər vermişdik.

Müqaviləyə əsasən AZAL “Boeing” şirkətindən 5 “Boeing 787-8 Dreamliner” və iki “Boeing 747-8f”, yaxud “Boeing 777F” təyyarəsi alacaq. Təyyarələrin çatdırılması 2019-2020-ci illərdə planlaşdırılır.

Lakin Cahangir Əsgərov Dubayda təkcə “Boeing”in müasir sərnişin laynerlərini deyil, Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin biznes-versiyasını da müştəri gözü ilə nəzərdən keçirib. Virtualaz.org “Vesti.ru”ya istinadən xəbər verir ki, AZAL prezidenti təyyarənin salonuna göz gəzdirdikdən sonra deyib: “Budur, məsələn, burada duş yoxdur. Və mən təklif edirəm ki, duş kabinəsi ümumiyyətlə olmasın. Çünki adətən bu tipli təyyarələrdə duş istifadə etmirlər. Bu hansısa yeni növdür. Burada nə lazımsa hamısı var: çox yaxşı, rahat divanları, yataq yeri. TV-ni də bir az böyük eləsək hər şey normal olacaq”-Cahangir Əsgərov bildirib.

“Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov isə bildirib ki, təyyarə əlavə yanacaq çənlərinin qoyulmasından sonra dayanmadan 6 min kilometr məsafə qət edə bilər. “Biz çox münasib qiymətə gözəl, rahat təyyarə düzəltməyə çalışırıq, təyyarələri hətta Rusiyanın ixrac krediti ilə də sata bilərik”-o bildirib.

Qeyd edək ki, “Sukhoi Superjet” təyyarələrinin sərnişin versiyası bazarda özünü doğrultmayıb və bu təyyarələrə tələbat gözlənildiyindən çox az olub.

Virtualaz.org

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*