Əsas menu

İlin heç bir fəslində əriməyən buz otel 

İsveçin buz otellər tikintisi üzrə ixtisaslaşmış “ICEHOTEL” şirkəti öz müştərilərinə yeni layihə təqdim edib. Bizimxeber.az billionnews.ru saytına istinadla bildirir ki, otel ölkənin qütb dairəsinin 200 kilometrliyindəki kəndlərdən birində yerləşir. Binanın daxilində temperatur mənfi 5-8 dərəcə arasında dəyişir. 

Buz çarpayıların üzərinə maral dərisi salınır, gecə isə müştərilərə termik yataq verilir. Xüsusi soyutma sistemləri hesabına ilin heç bir fəslində əriməyən oteldə buzdan hazırlanmış kilsə, kokteyl zalı və saunalar fəaliyyət göstərir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*