Əsas menu

Əli İnsanovun işi təxirə salındı 

Bu gün Ali Məhkəmədə sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesi başlayıb. Hakimi Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesə Ə.İnsanov gətirilməyib. Dövlət ittihamçısı isə cinayət işi materialları ilə tanış olmadığı üçün vaxt istəyib. Hakim onun vəsatətini təmin edib. Proses qeyri-müəyyən müddətə təxirə salınıb. 

Qeyd edək ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Ə. İnsanov həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət edib.

Ə.İnsanov qanunsuz narkotik daşımada, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlamaqda təqsirləndirilib.

Ə.İnsanov bundan əvvəl isə 2005-ci ilin oktyabr ayında həbs olunub. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham edilib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*