Əsas menu

Abort qadağan edildi 

Braziliyanın bir sıra iri şəhərlərində minlərlə qadın abortların tamamilə qadağan edilməsinə yönəlmiş konstitusiya düzəlişlərinə etiraz edib.  Ri-de-Janeyroda keçirilən aksiyada iştirak edən Sosializm və Azadlıqlar sol radikal partiyasından olan şəhər şurasının üzvü Marielle Franko bildirib ki, bu absurda “yox” demək üçün küçələrə çıxıblar.

Qeyd edək ki, ötən həftə deputatlar palatasının xüsusi komissiyası bütün abortları qadağan edən konstitusiya düzəlişlərini təsdiqləmişdi. Qərarın leyhinə səs verən 18 deputatın hamısı isə kişilər olub.

Əgər düzəlişlərlə bağlı təşəbbüs qəbul olunarsa o zaman abortlar bütün hallarda –ananın həyati təhlükəsi olarsa, hamiləlik təcavüz nəticəsində yaranarsa və ya körpədə anensefali (beyninin və kəllənin ana qarınında hamısı və ya bir qisiminin əmələ gəlməməsi şəklində təyin olunan oğum qüsuru) müəyyən olunarsa – qadağan ediləcək.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*