Əsas menu

Azərbaycan avtomobil idxalını 86% artırıb 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xaricdən 8 102 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 86,3% çoxdur. “Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son bir ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 97,3% artaraq 148-ə, əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 88% artaraq 7 098-ə, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 89,7% artaraq 795-ə çatıb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 23,8% azalaraq 61-ə düşüb.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*