Əsas menu

Ermənilər səhvən öz hərbi hissələrini bombaladılar 

Ermənİ artilleriyaçıları öz hərbi hissələrini atəşə tutublar. AZƏRTAc xəbər verir ki, təlim məşqləri zamanı döyüş atışları yerinə yetirən Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Belə ki, minaatan heyətin səriştəsizliyi səbəbindən atılan mərmi Ermənistan silahlı qüvvələrinin işğalı altındakı Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb.

Ölən və yaralananlar barədə hər hansı məlumat verilməyib. Hadisə ilə bağlı cinayət işi açılıb və istintaq tədbirləri həyata keçirilir.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*