Əsas menu

Lavrov Bakıya səfərində nələri müzakirə edəcək? – AÇIQLADI 

“Gələn həftənin əvvəlində İrəvan və Bakıya səfər etməyi düşünürəm”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a açıqlamasında deyib.

O bildirib ki, gündəliyə hər iki ölkə ilə ayrılıqda ikitərəfli əlaqələrin müzakirəsi daxildir: “Həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səylərin hansı səviyyədə olduğunu müzakirə edəcəyik”.

Xatırladaq ki, S. Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

**
13:25

Noyabrın 20-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək. Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

Eyni zamanda bildirilir ki, xarici işlər naziri Elmar Məmmədyarov 16 noyabr tarixində Moskvaya işgüzar səfər edəcək. H.Hacıyevin bildirdiyinə görə, səfər əsnasında Moskva şəhərində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*