Əsas menu

İnternet olmayacaq 

İnternet təminatında fasilələr yarana bilər. “Bizimxeber”  qafqazinfo-ya istinadən xəbər verir ki, “Bakı Telefon Rabitəsi”ndən verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*