Əsas menu

Hava limanında bomba həyəcanı: sərnişinlər təxliyyə olundu 

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci kanal” televiziyası məlumat yayıb. Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə “112” çağrı mərkəzinə zəng edib.

Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı maddə axtarılır.

Hadisə yerində polis təhqiqat aparır.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*