Əsas menu

“Qarabağ” Romaya yollanır 

Bu gün saat 16:00-da “Qarabağ” təyyarə ilə İtaliyanın paytaxtı Romaya yola düşəcək. Çərşənbə axşamı, dekabrın 5-də, burada ağdamlılar yerli “Roma”ya qarşı Çempionlar Liqasının qrup mərhələsinin son oyununa çıxacaqlar. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.

Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq.

Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çıxışlarını yekunlaşdıracaq.

Bizimxeber.Az





Cavab ver

Your email address will not be published. Required fields are marked as *

*